Menu

Cəmil Həsənlinin nümayəndəsi təxribata çəkildi

26.09.2013, 20:09
Cəmil Həsənlinin nümayəndəsi təxribata çəkildi

Sentyabrın 26-da Milli Şuranın prezidentliyə namizədi professor Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Rüfət Əliyev 30 saylı Suraxanı Dairə Seçki Komissiyasında təxribatla üzləşib. Suraxanı DSK-nın 1 saylı məntəqəsinin katibi Oqtay Əliyevə Rüfət Əliyevi məntəqədə təhqir edib. O.Əliyev bir sıra sənədləşmə işləri ilə bağlı məntəqədə olan R.Əliyevə "Cəmil Həsənlinin kürəkəni ermənidir, sən də ermənisən" deyərək onu provakasiyaya çəkməcə cəhd edib. Xəbər “Yeni Müsavat”a Milli Şura namizədinin seçki qərargahından daxil olub.

Milli Şuranın Seçki Qərargahı Suraxanı Dairə Seçki Komissiyasında baş verən bu olayı açıq provokasiya sayır, namizədlərdən birinə qərəzli münasibəti bərabər rəqabət mühitinə ziyan vuran hal kimi qiymətləndirir və seçkinin nəticələrinə təhdid hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol