Menu

Buxarestdə beynəlxalq avtoşou keçirilir - FOTO

22.10.2016, 16:38
Buxarestdə beynəlxalq avtoşou keçirilir - FOTO

Ziyarətçilərə 200-dək yeni model avtomobil təqdim olunub

Rumıniyanın paytaxtı Buxarest şəhərində XIV Beynəlxalq Avtomobil Ehtiyat hissələri sərgisi (Bucharest Auto Show & Accessories 2016) keçirilir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, sərgidə ziyarətçilərə 200-dək yeni model avtomobil təqdim olunub.

Nümayiş olunan markalar arasında “Alfa Romeo”, "Mercedes-Benz", “BMW”, “Jeep”, “Maserati”, “Ford”, “Fiat”, “Jaguar”, "Hyundai", “Nissan” “Citroën”, “Peugeot", “KİA” "Volkswagen", “Opel”, və s. şirkətlərin avtomobilləri var. Hibrit, elektrikli və ətraf mühitə daha az ziyan vuran avtomobillər diqqət mərkəzindədir.

Sərgi oktyabrın 30-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol