Menu

Azərbaycanda ağır qəza - Qadın sürücü öldü

24.10.2016, 10:55

yol-polisi-qezaSiyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun 110-112-ci kilometrliyində, yolun Siyəzən rayonu ərazisində qeydə alınıb.

10-KM-964 nömrəli, Daewoo-Nexia markalı avtomobil qəzaya uğrayıb. Hadisə zamanı sərnişinlərdən biri, 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı hadisə yerində dünyasını dəyişib, digər sərnişin 1999-cu il təvəllüdlü Ağayeva Fatimə Elxan qızı isə yüngül xəsarətlər alıb.

Sürücü hadisə yerindən yayındığından kimliyi barədə məlumat yoxdur.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol