Menu

Koalisiya həmkarları Merkeli dəstəkləyəcəklər - Novbəti müddətə seçilmək üçün

24.10.2016, 21:22

angela_merkel_280215AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, AFR koalisiya həmkarları növbəti müddətə seçilmək üçün namizədliyinin irəli sürülməsində Merkeli dəstəkləyəcəklər. Belə ki, Almaniya Xristian-sosial ittifaqının parlament fraksiyasının sədri Herda Hasselfeld bəzi məsələlər üzrə fikir ayrılıqlarına baxmayaraq, Merkelin AFR kansleri postuna namizədliyinin tərəfdarı olduğunu söyləyib.

Hasselfeldin bəyanatını «Mitteldeutsche Zeitung <http://www.mz-web.de/>» qəzeti dərc edib.

«Əgər Merkel kansler postuna öz namizədliyini irəli sürməyə hazırdırsa, mən ona tam dəstək verəcəm» - deyə, Hasselfeld bəyan edib. O, əlavə edib ki, Xristian-demokratik ittifaqı (XDİ) və Xristian-sosial ittifaqı (XSİ) partiyaları üçün indi «bəzi mahiyyətli fikir ayrılıqları»nı adlayıb keçmək məsələsi qalır. Ardınca, onlar «rəqiblə mübarizəyə» köklənməlidirlər.

XSİ partiyasının sabiq sədri Ervin Huber də bəyan edib ki, XDİ/XSİ blokundan kansler postuna namizəd Merkel olmalıdır. Huberin fikirlərini «Kolner Stadt-Anzeiger» qəzeti dərc edir.

«Merkel dünyada tanınmış siyasətçidir və o, Almaniyada heç kimin edə bilmədiyi qədər mərkəzçi kursu ifadə edir. Onun yeni müddətə seçilmək üçün namizədliyinin irəli sürülməsi XSİ-nın maraqlarına cavab verir» - deyə, Huber bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol