Menu

634 müəssisə rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

25.10.2016, 12:32

airport-security_290716Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 24 oktyabr tarixinə vergi borcu olduğuna görə 634 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol