Strateji Arşdırmalar Mərkəzi (SAM) Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin nəzarətinə verilib.
Sia-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, indiyə kimi Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin birbaşa idarəçiliyi altında fəaliyyət göstərən Mərkəz bundan sonra işini adıçəkilən şöbənin nəzarəti altında davam etdirəcək.
Bəzi ekspertlərin fikrincə, bu, SAM-ın sədri Fərhad Məmmədovun vəzifəsində qalıb-qalmayacağının sual altına düşməsi deməkdir.
Xatırladaq ki, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.


Şərhlər