Menu

Cavid Hüseynovun adı "Sumqayıt"la oyunun iştirak ərizəsinə daxil edilib

25.10.2016, 16:31

big_1439280186_cavid"Qəbələ"nin bir neçə gün əvvəl müqavilə imzaladığı sabiq kapitanı Cavid Hüseynov bu gün Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"a qarşı keçəcəkləri oyunda meydana çıxa bilər. Klubun meneceri Səbuhi Səfiyarlının

"Report"a verdiyi məlumata görə, futbolçunun adı oyunun iştirak ərizəsinə daxil edilib.

Onun adı ehtiyat oyunçular skamyasında yer alıb. Yəni, yarımmüdafiəçi oyunun gedişatında meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, baş məşqçi Roman Qriqorçuk mətbuata açıqlamasında həbsdən yeni azad olmuş futbolçunun fiziki hazırlığından razı qaldığını bildirib, onun bu gün meydanda olacağını istisna etməyib.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin öldürülməsində iştirakına görə həbs olunsa da, sonradan azadlığa buraxıldı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol