Menu

 "Bunu müzakirə etmək ədəbsizlikdi" - Lavrov

25.10.2016, 18:32
 "Bunu müzakirə etmək ədəbsizlikdi" - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Birliyinin Suriyaya görə Moskvaya qarşı yeni sanksiya tətbiq etməsinin mümkünlüyünü müzakirə çıxarmağın ədəbsizlik olduğunu bildirib.

Lavrov hesab edir ki, indi də Suriya mövzusu rusofoblar üçün bəhanəyə çevrilib: «Suriya münaqişəsinin humanitar aspektlərinə toxunaraq insanların əzabları üzərindən spekulyasiyaya çalışırlar. Rusofobların əli ilə növbəti anti-Rusiya kampaniyası aparırlar. Bu, sadəcə ədəbsizlikdi. Ümid edirəm ki, hamı bunun fərqindədir».

Qeyd edək ki, ötən həftə açıqlama verən Avropa Birliyi Şurasının sədri Donald Tusk Suriyadakı addımlarına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməmişdi.

Bunun ardınca Almaniya kansleri Angela Merkel bildirmişdi ki, əgər Hələbə aviazərbələr intensivləşsə, Avropa Birliyi Rusiyaya qarşı tədbir görmək məcburiyyətində qalacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol