Menu

Bu gün keçirilən valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib

25.10.2016, 22:08
Bu gün keçirilən valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib

Ümumilikdə 35 mln. dollar satılıb

Bu gün Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərracında ümumilikdə 35 mln. dollar satılıb.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, dollara tələb çox olub.

Məlumatda deyilir ki, valyuta hərracında dollara olan tələb təxminən 100 mln. dollar olub.

Qeyd edək ki, valyuta hərracı 1,6211 USD/AZN məzənnəsi ilə başlayıb, 1,6291 USD/AZN məzənnəsi ilə bitib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol