Menu

Ukraynada ermənilərlə gürcülər arasında atışma - 2 nəfər ölüb

25.10.2016, 23:49
Ukraynada ermənilərlə gürcülər arasında atışma - 2 nəfər ölüb

Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident olub.

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.

Məlumata görə, insident nəticəsində iki nəfər ölüb. Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir.

Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol