Menu

Yol polisinin maşını qəzaya uğradı - VİDEO

25.10.2016, 22:34

1395643837_yol_polisi_0001Bakıda zəncirvari qəza baş verib.

Report-un xəbərinə görə, hadisə zamanı biri Dövlət Yol Polisinə məxsus olmaqla 4 avtomobil toqquşub.

Belə ki, Yasamal rayonu ərazisində, Abdulvəhab Salamzadə küçəsindən üzü "Qələbə" meydanına doğru hərəkət edən "Nissan Armada" markalı avtomobilin qarşısına piyada çıxıb. Qəfil əyləcdən istifadə edən "Nissan" markalı avtomobilin arxası ilə hərəkət edən "Hunday Sonata", "Hunday ix35" və Yasamal Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus "BMV" markalı avtomobil bir-birinə çırpılıb.

Yasamal Rayon DYPİ-yə məxsus avtomobilin sürücüsü idarə etdiyi xidməti avtomobillə ərazini tərk edib.

Qəza zamanı xəsarət alan olmayıb. Amma hər 4 avtomobilə maddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol