Menu

“Putin üçün nə Tramp, nə də Hillari əsas deyil...” - Dimitri Peskov

26.10.2016, 16:17

peskov“Putin üçün nə Tramp, nə də Hillari əsas deyil. Əsas Rusiyanın maraqlarıdır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov RİA-ya bildirib.

Onun sözlərinə görə, Putin dəfələrlə qeyd edib ki, istənilən dövlətin, o cümlədən ABŞ-ın lideri ilə danışıqlara hazırdır.

“Prezident ikitərəfli əlaqələrin inkişafı məqsədi ilə belə danışıqlara hazırdır. Bu zaman ABŞ-a kim rəhbərlik edəcəyi Putinə aid olan məsələ deyil. Buna ABŞ seçiciləri qərar verməlidir” – deyə Peskov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol