Menu

Azərbaycan millisinin üzvü "Trabzonspor"un heyətində meydana çıxıb

26.10.2016, 18:08
Azərbaycan millisinin üzvü "Trabzonspor"un heyətində meydana çıxıb

Ramil şeydayev ikinci hissədə əvəzlənib

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində meydana çıxıb. "Report"un məlumatına görə, hücumçu "Çorum Belediyyespor"la keçirilən görüşün start heyətində yer alıb.

Qaradəniz təmsilçisi ilk hissəni məğlub başa vurub. Millinin hücumçusu ikinci hissədə əvəzlənib və yerini Mehmet Ekiciyə verib. "Trabzonspor" bərabərlik qolunu matçın 89-cu dəqiqəsində vurub.

90 dəqiqə 1:1 hesablı heç-heçə ilə başa çatdığından, komandalar əlavə vaxtda münasibətlərinə aydınlıq gətirib. 109-cu dəqiqədə "Trabzonspor"un vurduğu qol komandanı növbəti mərhələyə daşıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol