Almaniya kansleri Angela Merkel Ukraynadajkı böhranla bağlı Rusiyanı yeni sanksiyalarla hədələyib. musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə o, Berlində Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra bəyan edib.
“Vacibdir ki, Ukraynada mayın 25-ə təyin edilmiş prezident seçkiləri vaxtında baş tutsun. Ölkənin gələcəyi ilə bağlı məsələni kimsə başqası yox, yalnız Ukrayna əhalisi azad və ədalətli seçkilərin gedişində həll edə bilər”, - deyə kansler bildirib. Onun sözlərinə görə, Rusiya ilə danışıqlar nəticə verməsə, “o zaman yeni sanksiyalara getməkdən çəkinmək lazım olmayacaq”.


Şərhlər