Menu

İŞİD üzvləri xilas olmaq üçün saqqallarını qırxırlar

26.10.2016, 21:23

ISIDİŞİD terror qruplaşmasının Mosuldakı üzvləri dinc əhalidən seçilməmək üçün saqqallarını qırxırlar.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhər sakinləri danışıblar. Onların sözlərinə görə, silahlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər: "İŞİD-çilər saqqallarını qırxıblar, paltarlarını dəyişiblər".

Qeyd edək ki, oktyabrın 17-dən etibarən İraqın baş naziri Heydər əl-Abadi Mosulun terrorçulardan təmizlənməsi üçün hərbi əməliyyatlara başlandığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol