Menu

Britaniya gələn il Estoniyada 800 hərbçi yerləşdirəcək

26.10.2016, 23:19

natoAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun yeni strategiyası çərçivəsində Böyük Britaniya 2017-ci ilin baharına qədər Estoniyada 800 hərbçi, hərbi texnika, o cümlədən tank və pilotsuz uçaqlar yerləşdirəcək. Sözügedən strategiya alyansın şərq sərhədlərində hərbi iştirakın gücləndirilməsini nəzərdə tutur.

Bu barədə Britaniyanın müdafiə naziri Maykl Fellon çərşənbə axşamı «The Wall Street journal» qəzetində dərc olunmuş müsahibəsində bəyan edib.

«Öz təbiəti etibarilə bu batolyon müdafiə xarakterli olacaq. O, həm də döyüş tapşırıqları yerinə yetirmək üçün tam hazır olacaq» - deyə, nazir bildirib. Fellonun sözlərinə görə, Britaniya hərbi hissəsi Estoniyada dislokasiya olunacaq. Orada britaniyalılara Fransızlar və Danimarkalılar da qoşulacaq. Orada həm də «Challenger 2» tankları və «Warrior» markalı piyadaların döyüş maşınları da daxil olmaqla, hərbi texnika cəmləşdiriləcək.

Nazir qeyd edib ki, Britaniya batalyonunun Estoniya ərazisində yerləşdirilməsi «müttəfiqlərin dəstəklənməsi»nin nümayiş etdirilməsinə yönəlib. Bunun üçün ərazidə əhəmiyyətli hərbi iştirak vacibdir: «Bu, sadəcə köməkçi hərbi hissə yox, ciddi hərbi iştirak olacaq».

İyul ayında NATO-nun Varşavada keçirilən sammitində alyansın şərq cinahını möhkəmlətmək üçün Litva, Latviya, Estoniya və Polşa kimi ölkələrin hər birində canlı qüvvəsi 1 min nəfər olan bir batalyonun yerləşdirilməsi barədə qərar qəbul olunub. Elə o vaxt «liderlik edən millətlər»in siyahısı da təsdiqlənib. Qərara görə, Kanada Latviyaya cavabdeh olur, Almaniya Litvaya, Böyük Britaniya Estoniyaya, ABŞ isə Polşaya.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol