AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriyanın İdlib şəhərində məktəbə hücum olub. BMT Uşaq Fondu (YUNESKO) xəbər verib ki, hücum nəticəsində 22 uşaq və 6 müəllim həlak olub. Bu barədə Fondun icraçı direktoru Entoni Leykin YUNESKO-nun saytında yer almış bəyanatında deyilir.
«Əldə olunan məlumata görə, Suriyanın İdlib şəhərində 22 uşaq və 6 müəllim bu gün məktəb binasına edilmiş bir neçə hücum nəticəsində həlak olub» - deyə, Leyk qeyd edib.
YUNESKO-nun bəyanatında hücumun kimlər tərəfindən olduğu və uşanqların məhz hansı hücum nəticəsində halak olduğuna aydınlıq gətirilmir.
Məlumat üçün bildirək ki, İdlib şəhəri Suriyanın şimal-qərbində, Hələbin 40 kilometrliyində yerləşir. 2015-ci ilin martından bu şəhər müxtləif yönlü islamçı qruplaşmaların nəzarəti altındadır.


Şərhlər