Menu

Evsizlər, əyyaşlar və fahişələr məcburi köçürülüb! 

27.10.2016, 20:30
Evsizlər, əyyaşlar və fahişələr məcburi köçürülüb! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkmənistanın Müstəqillik Gününə paytaxt Aşqabaddan evsizlər, əyyaşlar və fahişələr məcburi köçürülməyə məruz qoyulub.

Hakimiyyətin təbirincə desək, bütün ay ərzində Aşqabad şəhərinin «sosial elementlər»dən təmizlənməsi əməliyyatları keçirilib. Hökumətin fikrincə, onlar xarici görünüşləri və ya davranışları ilə Türkmənistanın ağmərmər paytaxtının görkəmini körlayırlar.

«Deutsche Welle» xəbər verir ki, bunlar əsas etibarilə əyyaşlar, narkomanlar, səfillər, evsizlər və fahişələrdir. Onları «ovlayaraq», aralıq-toplanış məntəqələrinə yerləşdiriblər və mümkün olan bütün təhqirlərə məruz qoyublar. Ardınca, bir qismini bölgələrə, məsələn, ölkənin şimalında yerləşən narkoloji dispanserə və ya bu təyinatlı müvəqqəti müəssisələrə aparıblar. Nəşrin məlumatına görə, müvəqqəti yerləşdirmə - yarım il də çəkə bilər.

«Fərqanə» informasiya agentliyi xəbər verir ki, Aşqabad polisi belə «sosial element»ləri böyük məmnuniyyətlə «ovlayır», nədən ki, hər bir «ov» üçün polisə pul mükafatı və əlavə istirahət günü verilir. Bundan başqa «tora düşən»lərdən «cərimə» də tuturlar.

Məlumat üçün bildirək ki, Türkmənistanın Müstəqillik Günü bu gün və sabah qeyd olunur.

Redaksiyadan: Səfillərsiz və fahişəsiz bayramınız mutlu olsun, qardaşlar!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol