Menu

SOCAR istiqrazları günü-gündən bahalaşır

27.10.2016, 20:32

socar istiqrazBakı Fond Birjasında (BFB) alğı – satqı əməliyyatları davam edən SOCAR istiqrazlarının qiyməti bir qədər də bahalaşıb. Belə ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları təşkil edən istiqrazların satış qiyməti 1% bahalaşaraq, 1 010.00 dollara qədər yüksəlib.

Xatırladaq ki, SOCAR İstiqrazlarının təkrar bazarına oktyabrın 18-dən başlanılıb. Hazırda Dövlət Neft Şirkətinin dövriyyədə olan 100 min istiqrazının hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır. SOCAR İstiqrazlarının gəlirliliyi illik 5%-dir və faizləri hər 3 aydan bir ödənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol