Menu

Bəzi ölkələrin yanacaq verməməsi Rusiya HDQ-ə problem yaratmayacaq

27.10.2016, 21:02
Bəzi ölkələrin yanacaq verməməsi Rusiya HDQ-ə problem yaratmayacaq

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Aralıq dənizində üzən Rusiya hərbi gəmilərinə bəzi ölkələrin yanacaq verməkdən imtina etməsi bu ölkənin hərbi dəniz qüvvələri (HDQ) aviasiya qrupu üçün heç bir problem yaratmayacaq.

Köməkçi donanmanın üç tankeri kifayət edər ki, Rusiyanın aralıq dənizində üzən hərbi gəmiləri (aviadaşıyıcı qrup) yanacaqla tam təmin olunsun.

Məsələn, bundan əvvəl Maltanın xarici işlər naziri Corc Vella xəbər vermişdi ki, onun dövləti öz ərazisində Rusiya hərbi gəmilərinin yanacaq götürməsinə imkan verə bilməz.

Məlumat üçün bildirək ki, Şimal donanmasının aviasiya qrupu hələ oktyabrın ortalarında şimal-şərqi Atlantikaya və Aralıq dənizinə istiqamət götürmüşdü. Bu qrupun tərkibinə həm də «Admiral Kuznetsov» aviadaşıyıcı kreyseri daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol