Menu

Azərbaycan hərbçisi həlak oldu

28.10.2016, 09:17

1406881869_esger-sehidOktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol