Menu

"Biz Leyla Yunus və Arif Yunusun istəyi ilə onlarla görüşmüşük"

01.05.2014, 11:58
"Biz Leyla Yunus və Arif Yunusun istəyi ilə onlarla görüşmüşük"

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Leyla və Arif Yunuslarla görüşün məqsədi onların harasa getməsinə yardım etmək olmayıb”

“Biz bu məsələ ilə bağlı bu yaxınlarda açıqlama vermişdik. Qeyd etmək istəyirəm ki, biz Leyla Yunus və Arif Yununun istəyi ilə onlarla görüşmüşük. Leyla Yunus Və Arif Yunus bizim səfirliyimizlə uzun müddətdir, əməkdaşlıq edirlər. İstər Azərbaycan hökumət qurumlarının nümayəndələri, istərsə də vətəndaş cəmiyyətinin təmsilçiləri bizimlə görüş xahiş etdikdə hər zaman onlarla görüşürük”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

Diplomat bildirib ki, Leyla və Arif Yunuslarla görüşün məqsədi heç bir halda və heç bir vəchlə onların harasa hərəkət etməsinə köməklik etmək olmayıb: “Sadəcə, onların xahişi ilə görüşmüşük”.

D. Hoqan onu da deyib ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar dünən Vaşinqtonda ABŞ-Azərbaycan Konfransında çıxış edərək Azərbaycanda jurnalist Rauf Mirqədirovun, Leyla və Arif Yunusların saxlanmasından narahatlıq keçirdiklərinin açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol