Menu

Bakıda gənc qız özünü maşının altına atıb

28.10.2016, 21:03

ambulansBakı şəhərində 24 yaşlı qız intihara cəhd edib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, ev 83 ünvanında qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Aytəkin Fərhadova özü öldürmək məqsədilə Mətləb Eminbəylinin idarə etdiyi "Daewo" markalı avtomobilin altına atıb. Nəticədə avtomobilin güzgüsünə dəyərək kəllə-beyin travması alan yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol