Fransanın İTL telekanalının Moskva bürosunun reportyoru İrina Voloşina bu gün Bakıdan deportasiya edilib.
O, hüquq müdafiəçisi Leyla Yunusun haqqında televiziya reportajı hazırlamaq məqsədilə səhər saat 5:00 reysilə Moskvadan Bakıya gəlib. Sərhəd nəzarətinə çatmadan onu saxlayaraq təkrar təyyarəyə göndəriblər və heç bir açıqlama verməyiblər.
İ.Voloşina səhər saat 10:00 reysilə Moskvaya yola salınıb. Bu barədə Turan-a Leyla Yunus bildirib. Belə ki, fransalı reportyor onunla telefon əlaqəsi saxlayıb. Qeyd edək ki, İ.Voloşinanın Fransa vətəndaşlığı var.


Şərhlər