Menu

Restoranda tiryəkxana aşkarlandı - Azərbaycanda

29.10.2016, 11:35

Marixuana_260908Bərdə rayonunda tiryəkxana aşkarlanıb.

Rayonun Əliyanlı kəndi ərazisində yerləşən Tural Rafiq oğlu Abduləzimova məxsus restoranda xüsusi hazırlanmış otaqdan narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil edib.

Polis əməliyyatı zamanı tiryəkxanadan çətənə bitkisindən kustar üsulla hazırlanmış 20 qram narkotik qurudulmuş marixuana və xaşxaş bitkisindən hazırlanmış 0.655 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol