Menu

Türkiyədə 15 mətbu orqan qapadılıb

30.10.2016, 12:19
Türkiyədə 15 mətbu orqan qapadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qərara əsasən 15 mətbuat orqanı qapadılıb.APA-nın “Resmi Qazete”yə istinadən verdiyi məlumata görə, “Jin” və “Diha” xəbər agentlikləri, 10 qəzet və 3 jurnal bağlanıb.

Digər qərara əsasən 6 bölgə qəzeti, bir telekanal və “Umut FM” və “Yağmur FM” radiolarının fəaliyyətinə qoyulan qadağa ləğv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol