Menu

Zaqatalada 2 nəfər dəm qazından boğularaq ölüb

30.10.2016, 22:19

dem-qazsiZaqatalada dəm qazı iki nəfərin həyatına son qoyub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün 18.45 radələrində şəhərin 28 may küçəsi, ev 4. ünvanında qeydə alınıb.

Həmin ünvanda iki kişi meyiti aşkarlanıb. İlkin ehtimala həmin şəxslər dəm qazından boğularaq ölüblər.

Hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol