Menu

«Rospotrebnadzor»un başçısı Maxaçkalaya gəlib - Kütləvi zəhərlənmə!

30.10.2016, 23:27

zeherlenmeAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu gün «Rospotrebnadzor»un başçısı Anna Popova insanların kütləvi halda zəhərlənməsi nəticəsində yaranmış mürəkkəb vəziyyətlə bağlı Dağıstan Muxtar Respuboikasının paytaxtı Maxaçqala şəhərinə gəlib. Bu barədə idarənin mətbuat xidməti xəbər verib.

Hazırda respublika infeksion xəstəxanasında 127 nəfər yerləşib, oqların 109 nəfəri uşaqdır. Kütləvi zəhərlənmənin baş verməsindən indiyə qədər xəstəxanaya 300 nəfərdən artıq pasiyent daxil olub. İlkin məlumata görə, zəhərlənmənin səbəbi su təchizatı xətti ilə mənzillərə verilən suyun çirklənməsi ola bilər.

«Rospotrebnadzor»un yerli idarəsinin əməkdaşları Maxaçqala şəhərinin sakinləri ilə profilaktik iş aparırlar. Hərəkət edən «ucadandanışan»ların köməyi ilə insanlara şəxsi gigiyena qaydalarına əmək etmək və yalnız qaynadılmış sudan, yaxıd butılkaya qablaşdırılmış sudan istifadə etmək barədə məlumatlar verilir.

Bundan başqa, insanların ən çox olduğu küçələrdə, ümumtəhsil müəssisələrində, tələbə yataqxanalarının ərazisində, apteklərdə, yerli ictimai-iaişə müəssisələrində məlumat bukletləri və vərəqələr paylanıb.

Bölgə üzrə İstintaq komitəsi «təhlükəsizlik tələblərinə cavab verməyən xidmətin göstərilməsi» maddəsi ilə cinayət işi qaldırıb.

Redaksiyadan: Bu xəbər Azərbaycan üçün bir siqnal olmalı, «Azərsu» Səhmdar Cəmiyyəti paylayıcı və məhəllədaxili su anbarlarının mühafizəsini təşkil etməli, su emalı və nəqli mərhələlərində epidemioloji nəzarəti keyfiyyətcə yenidən və yüksək səviyyədə təşkil etməlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Standartlaşdırama Komisəsi ölkə boyu su nəqli xəttləri ilə əhaliyə satılan içməli suyun keyfiyyətinə və təhlükəsizliyinə sutka ərzində davamlı nəzarəti təşkil etməli, əhali ilə müvafiq maarifləndirmə işlərinə start verməlidir. Bir atalar məsəlində deyildiyi kimi, «müdrik adam özgənin səhvindən öyrənər»...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol