Menu

CƏBHƏDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR - Müdafiə Nazirliyindən xəbərdarlıq

31.10.2016, 12:10

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albomErməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən verilən məlumatda bildirilir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol