Menu

Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb - Bir nəfərin halı pisləşib

31.10.2016, 19:55
Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb - Bir nəfərin halı pisləşib

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarında nasazlıq yaranıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib.

Nəticədə qatar 10 dəqiqə yolda qalıb. Havasızlıq səbəbindən ortayaşlı qadının halı pisləşib. Hazırda ona ilkin tibbi yardım göstərilir.

Qatar 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol