Menu

«Yaponiya, Rusiyaya yönəlik sanksiyaları qüvvədə saxlayacaq» - Baş nazir

31.10.2016, 22:09
«Yaponiya, Rusiyaya yönəlik sanksiyaları qüvvədə saxlayacaq» - Baş nazir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya, «yeddilər»in üzvü olaraq, Krımın ilhaqı səbəbilə Ukraynada yaranmış vəziyyətlə bağlı Rusiyaya yönəlik tətiq olunmuş sanksiya rejimini qüvvədə saxlayacaq. Bu barədə ölkə parlamentinin aşağı palatasında keçirilən debarların gedişi zamanı Baş nazir Abe xəbər verib.

«Yaponiya, G7 üvzü olaraq, Ukrayna və Krım problemləri səbəbilə Rusiyaya yönəlik tətbiq olunmuş sanksiyaları qüvvədə saxlayacaq» - deyə, Abe bəyan edib.

Hökumət başçısı eyni zamanda, Rusiya ilə münasibətlərin, o cümlədən iqtisadi münasibətlərin əhəmiyyətini də qeyd edib: «Biz, hesab edirik ki, Rusiya ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsi təkcə Rusiya tərəfi üçün deyil, həm də Yaponiyanın özü üçün böyük fayda vəd edir».

Baş nazir həm də xatırladıb ki, Yaponiya və Rusiya Federasiyası arasında «70 ildən artıq bir dövr ərzində qeyri-normal vəziyyət mövcuddur və bunu həll etmək lazımdır». Bu zaman Abe bu dövlətlər arasında sülh müqaviləsinin olmamasını və «şimal əraziləri» (Yponlar bunu «Cənubi Kuril» adlandırırlar) problemini nəzərdə tutub. «Əvvəllər orada yaşamış həmvətənlərimiz artıq qocalır, bu problemi bizim nəslin yaşadığı dövrdə həll etmək lazımdır» - deyə, Abe əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol