Menu

FIFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

01.11.2016, 11:42

FIFA_logo_031012Klub futbolçuya olan 70 min avro borcu ödəməyib

FIFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub. "Report"un məlumatına görə, I Liqa təmsilçisi qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu keçidini həyata keçirə bilməyəcək.

Səbəb "Dənizlispor"un sabiq futbolçusu Daniel Dimova olan borcun ödənilməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, klub öhdəliyi yerinə yetirməyib.

Qeyd edək ki, FIFA daha öncə Türkiyənin "Karşıyaka", "Antalyaspor", "Manisaspor", "Mersin İdmanyurdu", "Elazığspor", "Samsunspor", "Bucaspor" və "Diyarbakırspor" klublarına da transfer qadağası qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol