Menu

Türkiyə ordusunun Baş Qərargah rəisi Rusiyaya gedib

01.11.2016, 14:48

Hulusi AkarTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfər edib.

“Report” NTV-yə istinadən xəbər verir ki, o, rusiyalı həmkarı, ordu generalı Valeri Gerasimovla görüşəcək.

Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun bu il avqustun 26-da Türkiyəyə səfəri təxirə salınıb. O, sentyabrın 15-də Türkiyəyə səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol