Menu

Almaniya silahlı qüvvələrinin inkişafı üçün 6 milyard avro çatışmır

01.11.2016, 16:04

Almaniya-bundestaqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 2021-ci ilə qədər Almaniya Federativ Respublikası (AFR) silahlı qüvvələrini inkişaf etdirmək üçün 6 milyard avro vəsait çatışmır. Bu qiymətləndirmə ilə Bundesverin hərbçilər İttifaqı bışçısı Andre Vyüstner «Die Welt» qəzetinə verdiyi müsahəbədə çıxış edib.

«Bundesver, mütəxssislərin və nəinki hərbi texnikanın, hətta döyüş sursatının çatışmazığını yaşayır. Anbarlar demək olar, boşdur» - deyə, Vyüstner xəbər verib.

O, xatırladıb ki, NATO-nun sonyncu sammitində və yeni «Ağ kitab»da federal hökumət beynəlxalq səhnədə öz üzərinə böyük məsuliyyətlər götürməyə hazır odduğunu bildirib.

«Əgər bu vədlər üzrə hərəkət edilsə, on zaman 2021-ci ilə qədər müdafiə büdcəsini hazırkı 36,6 milyard avrodan 39,0 milyarda yox, 45,0 milyard avroya qaldırmaq lazımdır» - deyə, hərbçilər İttifaqının başçısı elan edib.

Bundestaqın deputatı Tobias Lindner («Yaşıllar» partiyası) öz növbəsində, diqqəti buna yönəldib ki, AFR-nın müdafiə naziri Ursula der Lyayen çoxlu vədlər verir ki, silahlı qüvvələrin bərbad vəziyyətdə olması partktiki olaraq, bu vədlərin yerinə yetirilməsini mümkünsüz edir.

«O, 130 milyard avroluq prioritet satınalmalaın siyahısını təqdim edib. Ancaq hələlik cəmi 100 milyard avro vəsait ayrılıb. Maliyyələşdirmədə yaranmış defisiti «bağlamaq» əvəzinə, nazir yeni çoxmilyardlı satınalmalar barədə bəyanatlar verir...» - deyə, Lindner bəyan edib.

2016-cı ilin yanvarında fon der Lyayen bəyan edib ki, onun rəhbərlik etdiyi idarə yaxın 15 ildə silahlı qüvvələrə 130 milyard avro sərmayə yatırmağa hazırlaşır. Bu vəd Almaniya silahlı qüvvələrinin material-texniki bazasının vəziyyətinin qeyri-kafi durumda olması barədə xəbərlərin yayılmasına bir reeaksiya oldu. Bununla ynaşı, hazırkı vəziyyətə müdafiə nazirliyi konturları elan olunmuş büdcə planının tam həcmi üzrə yalnız 2017-ci liə qədər hərəkət edə bilər.

Hal-hazırda hərbi ehtiyaclara yönəldilmiş dövlət xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 1,2 faizini təşkil edir. Bundesverin şəxsi heyətinin sayı hazırda 177 min hərbçidən ibarətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol