Menu

Jirinovskidən tarixi etiraf - “Tramp lap mənim tayımdır, təkcə pulu çoxdur...”

01.11.2016, 16:14

JirikRusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski hesab edir ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp eynən onun özüdür. Tək bir fərqi var ki, o da puludur.

“O özü bildirib ki, eynən mənə oxşayır. Tam müstəqillik və seçki kampaniyasını öz texnologiyası ilə aparması. O, imicmekerlər dəvət etməyib, muzdla kuklaoynadanlar tutmayıb”-Jirinovski deyib.

Virtualaz.org-ın məumatına görə, Rusiyalı ekstravaqant siyasətçi bildirir ki, Tramp da onun kimi “kağıza baxmadan” danışır, habelə amerikalı siyasətçinin miqrantlara qarşı mübarizə barədə fikirləri onun fikirləri ilə üst-üstə düşür. “Bizim aramızda cəmi bir fərq var. Mən milyarder deyiləm”-Jirinovski əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol