Menu

Rusiya və Türkiyənin Baş Qərargah rəisləri Moskvada görüşdülər

01.11.2016, 21:17
Rusiya və Türkiyənin Baş Qərargah rəisləri Moskvada görüşdülər

Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və onun türkiyəli həmkarı Hulusi Akar arasında görüş olub. RİA Novosti-nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Baş Qərargah rəisləri Hələbdəki vəziyyətin normallaşdırılması daxil olmaqla, ümumilikdə, Suriyadakı böhranın nizamlanması üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

V.Gerasimov türkiyəli həmkarını Hələbdəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiyanın səyləri barədə məlumatlandırıb.

Suriyada “Cəbhə ən Nüsrə” terrorçu qruplaşmasını “mötədil” müxalifətdən fərqləndirilməsinin vacibliyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol