AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Soçinin Adler rayonunda vertolyot yaşayış evinin çardağına çırpılıb. Qəza nəticəsində bir nəfər həlak olub, 5 nəfər isə yaralanıb. «RİA Novosti» agentliyinin məlumatına görə, vertolyot özəl binanın çardağına düşüb. Qəza barədə hələlik rəsmi məlumat yoxdur.
«Vertolyot AS-50 Simlyansk küçəsindəki 37 saylı binanın çardağına düşüb. İlkin məlumata görə, 6 nəfər xəsarət alıb, onlardan biri həlak olub. Vertolyot qimsən dağılıb, yanğın baş verməyib, amma ətrafa yanacaq axıb» - deyə, Krasnodar diyarının təxirəsalınmaz xidmət strukturundakı mənbə «RİA Novosti»-yə danışıb. Soçinin təxirsalınmaz xidmət strukturundakə mənbə isə bir nəfərin həlak olduğunu təsdiqləyib.
Bununla bərabər, nəqliyyatda İstintaq Komitəsi İdarəsi 4 nəfərin xəsarət aldığını, birinin isə həlak olduğunu xəbər verir. Mənbə xəbər verir ki, vertolyotun çıpıldığı anda evdə heç kim olmayıb. Hadisə yerinə xilasedicilər göndərilib.
Məlumata görə, vertolyot «Yeltsovka» aviasiya müəssisəsinə məxsusdur və nümayişkar çıxışdan sonra aeroporta qayıdırmış.


Şərhlər