Menu

“Moskva Moldovada möhkəmlənir” - Rumıniya

01.11.2016, 22:05
“Moskva Moldovada möhkəmlənir” - Rumıniya

Moldovadakı prezident seçkisinin ilk turu ölkədə parçalanmanın olduğunu göstərdi.

Axar.az xəbər verir ki, bunu Rumıniyanın keçmiş Baş naziri Adrian Nestase söyləyib. Onun sözlərinə görə, son illər Moldovada rusiyayönlü qüvvələr daha çox inkişaf edib:

“Rumıniyada Moldova ilə birləşmək haqqında siyasətdən yalnız yerli auditoriya arasında uğur qazanmaq üçün istifadə edirlər. Rumın siyasətçilər anlamır ki, bu sözlər Moldova cəmiyyətinin əsas təbəqəsində necə əks reaksiya yaradır. Bu isə Moskvanın Moldovadakı mövqelərini möhkəmləndirir. Növbəti iki həftə Moldova üçün həlledici olacaq”.

Qeyd edək ki, Moldovada baş tutan prezident seçkisinin ilk turunda namizədlərdən heç biri tam qələbə qazanmayıb. İlk turda rusiyayönlü Dodon 48%, avrointeqrasiya tərəfdarı olan Maya Sandu isə 37% səs toplamağı bacarıb.

Rumıniya illərdir çalışır ki, Moldova ilə birləşsin. Moldovada xüsusilə rusiyayönlü qüvvələr bu birləşməyə etiraz edirlər. Hazırda Rumıniya ilə birləşmənin tərəfdarları əhalinin yalnız 17%-ni təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol