Menu

Braziliyada dini mərasim keçirilən mağara uçdu - 10 nəfər ölüb

02.11.2016, 00:41
Braziliyada dini mərasim keçirilən mağara uçdu - 10 nəfər ölüb

Braziliyada ənənəvi dini mərasimin keçirildiyi mağaranın uçması nəticəsində azı 10 nəfər həlak olub. Hadisə baş verən zaman mağarada 50 nəfər olub. Xilasedicilər ölənlərin sayının arta biləcəyini qeyd ediblər.

Kaza-da-Pedra mağarası “Bütün müqəddəslərin günü”nü qeyd edən xristianların ənənəvi ibadət yeridir. Dini mərasim əsasən mağaranın girişində keçirilsə də, insanların çoxu dua etmək və şam yandırmaq üçün içəri daxil olurlar.(AzərTAc)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol