Menu

2021-ci ilədək Əsədin getmək fikri yoxdur

02.11.2016, 20:33

esedAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 2021-ci ilə qədər Suriyanın prezidenti Bəşər Əsəd öz postundan getmək fikrində deyil. Bu qənaət «The New York Times» qəzetində dərc olunmuş məqalədə ortaya qoyulub.

Qəzet qeyd edir ki, Əsəd bu mövqeni ABŞ və Böyük Britaniyadan olan jurnalistlərlə görüşündə səsləndirib. Görüş barzar ertəsi Dəməşq şəhərində keçirilib. Guya, suriyalı lider bildirib ki, ölkədə üsyançıların Qərb tərəfindən dəstəklənməsi səhvdir və ölkədəki müharibəyə görə, ilk növbədə Vaşinqton və radikal islam tərəfdarları məsuliyyət daşıyır.

Qeyd olunur ki, hökumət qüvvələrinin bu müharibədə qələbə çalmayacağı təqdirdə, Əsəd ölkədə siyasi transformasiyanı istisna edib və göstərib ki, özünün 3-cü müddəti başa çatana qədər prezident postunda qalmaqda qərarlıdır. Bu müddət 2021-ci ildə başa çatacaq.

Əsəd onu da qeyd edib ki, hökumət qüvvələri ölkənin bütün ərazisinə nəzarəti bərpa etmək gücündədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol