Menu

"Drujba" mişarı Ağdam sakininin əlini parçalayıb

03.11.2016, 14:50
"Drujba" mişarı Ağdam sakininin əlini parçalayıb

Ağdam sakininin əlini yanacaqla işləyən “Drujba” markalı mişar kəsib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əfətli kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il Soltanov Ramil Adil oğlu həyətindəki ağaclarda budama işi apararkən mişarın zənciri çıxıb, sol əlini parçalayıb.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R. Soltanovun sol əlinə üç tikiş vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol