Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 8 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə baş nazir Binəli Yıldırım jurnalistlərə bildirib. Baş nazir ölənlərdən 2 nəfərin polis, 6 nəfərin mülki şəxs olduğunu deyib. Onun sözlərinə görə, 100-dən çox insan yaralanıb.
* * *
Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb.
Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Nəticədə 1 nəfər ölüb, 30 nəfərdən çox insan yaralanıb.
İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.


Şərhlər