Menu

BMT Mosul qaçqınları üçün yeni düşərgə açıb

05.11.2016, 14:21
BMT Mosul qaçqınları üçün yeni düşərgə açıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Mosul qaçqınları üçün yeni düşərgə açıb. Düşərgə artıq ilk 3 min nəfər qaçqını qəbul edib.

Həsən əl-Şamda yerləşən bu düşərgədə gözlənildiyi kimi, 10 mindən aprtıq qaçqının yerləşməsi mümkün olacaq. Burada qaçqın ailələr çadırlarda yerləşdirilir.

Məlumat üçün bildirək ki, Mosul şəhərinin «İslam dövləti» adlandırılan qruplaşmadan azad olunması uğrunda hərbi əməliyyat oktyarın ortalarında başlanıb. BMT-nin məlumatına görə, ərazidə keçirilən hərbi əməliyyatlar 20 mindən artıq insanı öz evindən qaçmağa məcbur edib. Onların yarısı uşaqlardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol