Menu

Türkiyədə PKK uşaqlaı öldürməyə başladı: 2 uşaq ölüb, 4 uşaq isə yaralanıb

05.11.2016, 20:57
Türkiyədə PKK uşaqlaı öldürməyə başladı: 2 uşaq ölüb, 4 uşaq isə yaralanıb

Türkiyənin Şırnak əyalətində törədilmiş partlayış nəticəsində 2 uşaq ölüb, 4 uşaq isə yaralanıb.Bu barədə Trend Haberturk-ə istinadən xəbər verir.

Terror aktının terrorçuların öncədən yola döşədikləri partlayıcının partlaması nəticəsində baş verdiyi bildirilir.

Şırnak valisi hadisə ilə bağlı bildirib ki, əyalətin mərkəzində terror qruplaşması təmsilçilərinin əvvəlcədən yola döşədikləri partlayıcının partlaması nəticəsində yaralanmış 6 uşaq dövlət xəstəxanasına aparılıb. Vali deyib ki, edilən bütün tibbi yardımlara baxmayaraq, iki uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol