Menu

Separatçıların başçısı Slavyanskdan qaçır

02.05.2014, 13:43
Separatçıların başçısı Slavyanskdan qaçır

Ukraynada Luqansk Prokurorluğunun binası separatçılardan azad edilib

Ukraynanın Luqansk vilayət Prokurorluğunun binası dinc yolla silahlı separatçılardan geri alınıb.

APA-nın “tsn.ua” saytına istinadən verdiyi xəbərə görə, mayın 2-nə keçə gecə uzun sürən danışıqlardan sonra silahlı şəxslər prokurorluq binasını tərk edib.

Luqansk Prokurorluğunun mətbuat katibi Marina Bragina hər şeyin sakitliklə həll olunduğunu söyləyib: “Bina gecə uzun sürən danışıqlardan sonra azad edilib. Heç kim zərər çəkməyib. Hazırda orada operativ-istintaq qrupu çalışır. Əməkdaşlar bu gün nahardan sonra işə çıxacaq”.

M. Bragina bildirib ki, hələlik binaya daxil olmadığı üçün içəridə rəsmi sənədlərin məhv edilib-edilmədiyini bilmir.

Qeyd edək ki, separatçılar aprelin 29-da Luqansk Prokurorluğunun binasını ələ keçirmişdi.

Bu arada rus diversantlarının rəhbəri “Strelok” ləqəbli İqor Qirkin tabeçiliyndə olan separatçılarla birlikdə Slavyanskdan qaçmağa çalışır. Bu barədə hərbi ekspert Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb. “Yerli separatçılara məlumat verilib ki, Rusiyanın məsələyə müdaxiləsi hələ tezdir. Terrorçuların qərargahı Qorlovkada yenidən formalaşdırılır”. Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti İqor Qirkinin Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki olduğunu ortaya çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol