Menu

İstanbulun Atatürk aeroportunda növbəti atışma

06.11.2016, 11:12
İstanbulun Atatürk aeroportunda növbəti atışma

İstanbulun Atatürk aeroportu binasının yanında atışma baş verib. Aeroporta aparan yollar müəyyən müddətə bağlanıb.Virtualaz.org “Habertürk” telekanalına istinadən bildirir ki, motosikletlə hərəkətdə olan iki şəxs polisin dayanmaq əmrinə tabe olmayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində bir nəfərin yaralandığı bildirilir. Hər iki şəxs saxlanılıb, onların üzərində silah və ya partladıcı qurğu aşkarlanmayıb.

BNO News isə İstanbul valisi Vasip Şahinə istinadən bildirib ki, artıq aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol