Menu

İsrail Suriya ordusuna zərbələr endirib! - Qolan yüksəkliyində

09.11.2016, 16:24
İsrail Suriya ordusuna zərbələr endirib! - Qolan yüksəkliyində

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriya tərəfdən Qolan yüksəkliyinə atılan mərmiyə cavab olaraq, çərşənbə günü İsrail hərbçiləri Suriya ordusunun mövqelərinə atəş açıb. Bu barədə İsrail Müdafiə ordusunun mətbuat xidməti tərəfindən yayılmış komyünikedə xəbər verilir.

«İsrail ərazisinə mərmi atılmasına cavab olaraq, bu gün İsrail Müdafiə ordusu Qolan yüksəkliyi rayonunda Suriya ordusunun mövqelərinə zərbələr endirib» - deyə, komyünikedə qeyd olunur.

Ordunun mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü tezdən Suriyadan atılmış mərmi «Qolan yüksəkliyinin şimal hissəsində partlayıb. Zərər çəkən yoxdur, böyük ehtimalla, söhbət Suriya daxilində gedən döyüşlərin nəticəsi kimi «azmış» mərminin uçuşundan gedir» - deyə, mətbuat xidməti əlavə edir.

İsrail tərəfinin yaydığı komyünikedə o da qeyd olunur ki, İsrailin Müdafiə ordusu «İsrailin suverenliyinə və onun vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş heç bir cəhdə dözməyəcək».

Məlumat üçün bildirək ki, Qolan yüksəkliyi Suriya ərazisi olub və 1967-ci ildə «Altıgünlük müharibə»nin gedişində İsrail tərəfindən zəbt olunub. Qeyri-rəsmi digər bir məlumata görə, sözügedən ərazi ozamankı Suriya prezidenti Hafiz Əsəd tərəfindən İsrailə 100 milyon dolların qarşılığında güzəştə gedilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol