Menu

Daha 2 bank dollar satmağı dayandırdı

10.11.2016, 12:48

151230163702_baku_exchange_bbc_624x351_bbc_nocreditBu gün dollar satmayan banların sırasına daha 2-si əlavə olunub. Fins.az xəbər verir ki, Azərbaycan Sənaye Bankı və Pakistan Milli Bankının Bakı filialı ABŞ valyutasının satışını dayandırıb.

Qeyd edək ki, bu günədək bu banklar dolları limitlə satırdı. Pakistan Milli Bankının Bakı filialı noyabrın 8-də 2 000 dollarlıq limitlə valyuta satırdı. Bu gün isə ümumiyyətlə valyuta satmadıqlarını bəyan ediblər.

Azərbaycan Sənaye Bankı isə valyutanı limitsiz satırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol