Menu

Tramp Cənubi Koreyanı qoruyacağını vəd edir

10.11.2016, 19:23
Tramp Cənubi Koreyanı qoruyacağını vəd edir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ-n yeni seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, onun ölkəsi Koreya Respublikasının təhlükəsizliyini dəstəkləməkdə davam edəcək. Xəbəri «Yonhan» agentliyi yayıb.

ABŞ və Cənubi Koreya arasında qüvvədə olan müqaviləyə görə, ikinciyə xaricdən hərbi təcavüz olacağı təqdirdə, ABŞ ona hərbi kömək göstərməyə borcludur.

Təsadüfi deyil ki, Trampın bəyanatı Koreya yarımadası ölkələri arasında münasibətlərin gərginləşməsi fonunda səslənib. Son bir il ərzində Şimali Koreya ballistik raketlərin və nüvə bombalarının sınaqlarını keçirir. Bu yaxınlarda isə Şimali Koreya özünü nüvə gücü elan edib. Bütün bunlar Cənubi Koreyada bu dövlətlər arasında hərbi əməliyyatların bərpa olunacağı narahatlığı yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol