ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı rəhbəri Barak Obama arasında Ağ Evdə baş tutan görüş bir saatdan artıqdır ki davam edir.
"Report" xəbər verir ki, tərəflər ölkədə "hakimiyyətin hamar keçidi"ni müzakirə edirlər.
Bu barədə bir müddət əvvəl prezidentin mətbuat xidməti məlumat yayıb.
***
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin hazırkı prezidenti Barak Obama ilə görüşmək üçün Nyu-Yorkdan paytaxt Vaşinqtona gedib. Bu barədə APA “BBC”-yə istinadən xəbər verir.
Məlumata görə, Donald Trampı səvərdə onun həyat yoldaşı Melaniya Tramp müşayiət edir.
Görüşdə hakimiyyətin ötürülməsinə dair məsələlərin müzakirə ediləcəyi planlaşdırılıb.


Şərhlər